Qubada “İdman Həftəsi” çərçivəsində taekvondo üzrə turnir keçirilib. Bu barədə ShimalNews 4 mart tarixində Quba Gənclər İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Turnir “5 mart- Bədən tərbiyəsi” və “İdman günü” ilə əlaqədar keçirilib. Yarışda yeniyetmə və gənc idmançılar iştirak ediblər. İdmançılar 33-63 kq çəki dərəcəsində mübarizə aparıblar. Turnirin sonunda qaliblər Quba rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif ediliblər.