Qusarda intensiv meyvə bağlarının istifadəsinə maraq artıb. Bu barədə ShimalNews 2 mart tarixində Azərtac-a istinadən məlumat verir.

Qusarda 30-40 il əvvəl salınan bağlar dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni bağçılıq üsullarından istifadəsinə keçir.

Son il 623 hektar intensiv meyvə bağları salınıb. Superintensiv meyvə bağlarının sahəsi isə 7000 hektara çatıb. Onların 3500 hektarı alma ağacları təşkil edir.

Bu bağların salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir.

“İntensiv üsulla müasir bağ salmışıq. 6 hektar alma bağıdır. Bağda Türkiyədən gətirilən xarici alma sortlarının tinglərini əkmişik. Ənənəvi bağlarla müqayisədə superintensiv bağların becərilməsi tam fərqlidir. İntensiv bağçılığın üstün cəhətlərindən biri də meyvə tinginin əkildiyi ilk illərdə məhsula düşməsidir. Artıq ikinci il 1 hektar intensiv alma bağından 15 ton məhsul almaq mümkündür”, – deyə bağban E.Mirzəbəyov bildirib.