Qubalı idmançılar Bakı şəhər birinciliyində uğur qazanıblar. Bu barədə ShimalNews 1 mart tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat verir.

Yeniyetmə və gənclər arasında qrapplinq idman növü üzrə Şahnur Mehdiyev I yeri, Nurlan Əliməmmədov II yeri, Vüsal Bağırzadə isə III yeri tutublar. MMA idman növü üzrə Vüsal Bağırzadə və Elnar Nəzirov  III yerə layiq görülüblər.

Quba Gənclər İdman İdarəsi idmançıları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.