Quba gəncləri Xaçmaza səfər ediblər. Bu barədə ShimalNews 1 mart tarixində “quba.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.
Səfər çərçivəsində gənclər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya zamanı bələdçi gəncləri mərkəzlə və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış edib. Burada iştirakçılara eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlər haqqında məlumat verilib. Gənclər, həmçinin Xocalı soyqırımına həsr olunan kitab və rəsm sərgisinə də tamaşa ediblər.