Quba, Qusar və Xaçmaz gəncləri “Muğam” televiziya müsabiqəsinə qatıla bilərlər. Bu barədə ShimalNews 28 fevral tarixində Report-a istinadən məlumat verir.

Müsabiqəyə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər dəvət olunurlar. Yaşı 13-dən 16-ya qədər oğlanlar müsabiqəyə buraxılmırlar.

İştirak etmək istəyənlər sənədləri martın 28-nə kimi Xaçmaz Regional Mədəniyyət İdarəsinə təqdim etməlidirlər.

Yeniyetmələr 2 ədəd fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini, gənclər isə 2 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməlidirlər.

Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir. Müsabiqə Azərbaycan Televiziyasında yayımlanacaq.