Qusarda “Xocalı soyqırımı”nın 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. Bu barədə ShimalNews 28 fevral tarixində Qusar Gənclər və İdman İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

“27 fevral-5 mart İdman Həftəsi” çərçivəsində Qusar Şahı onlayn şahmat klubu vasitəsilə onlayn şahmat turniri keçirilib. 4 ayrı yaş qruplarında keçirilmiş yarışda ümumi olaraq 29 şahmatçı qalibiyyət uğrunda mübarizə aparıb.

Yarış aşağıda qeyd olunmuş nəticələrlə yekunlaşıb.

12 yaşadək oğlanlar arasında:

  • 1-ci yerə Əlistanov İlham;
  • 2-ci yerə Abdullayev Cəlal;
  • 3-cü yerə Salahov Kamran layiq görülüblər.

12 yaşadək qızlar arasında:

  • 1-ci yerə Ağammedova Günay;
  • 2-ci yerə Əliyeva Aygün;
  • 3-cü yerə Salahova Aylin layiq görülüblər.

13 yaş və yuxarı oğlanlarda:

  • 1-ci yerə Cəbrayılov Amid;
  • 2-ci yerə Nəbiqayev Emil;
  • 3-cü yerə Səfərov Fuad layiq görülüblər.

13 yaş və yuxarı qızlarda isə:

  • 1-ci yerə Məcidova Anna;
  • 2-ci yerə  Xanova Albina;
  • 3-cü yerə Aşurova Fidan layiq görülüblər.

Qaliblər Gənclər və İdman idarəsi tərəfindən diplomlarla təltif olunub.