Qubada gənclər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 28 fevral tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Gənclərə Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti və zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Ekskursiyaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun qəbul edilib. Sonda iştirakçılara “Heydər Əliyev Xatirələrdə” sənədli filmi nümayiş olunub.