Qubada gənclər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 24 fevral tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

İştirakçılara Ulu Öndər Heydər Əliyevin həyat fəaliyyəti və zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Ekskursiyaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun qəbul edilib. Qonaqlara “Heydər Əliyev Xatirələrdə” sənədli filmi nümayiş olunub.