İmaməli Kərəməli oğlu İlyasov 1927-ci ildə Qusar rayonunun Hil kəndində anadan olub.

O, uşaqlıqdan sazda ifa etməyi öyrənmişdir. İmaməli sonradan tarda ləzgi xalq mahnılarını da ifa etmişdir.

İmaməli 1946-cı ildə 20 yaşında Qusar rayon Mədəniyyət evinə bədii rəhbər təyin edilib. O, Əhəd Abdullayevin və Saatxanımın oxuduğu ləzgi xalq mahnılarını ifa edib. İmaməli, həmçinin Dağıstan Respublikasının xalq artisti Ömər Əyyubovla birgə tar çalıb, oxumuşdur. İlyasov yüksək tembrli səsə malik idi və mahnı oxuyanda mikrofondan istifadə etmirdi.

İmaməli İlyasovun rəhbərliyi ilə 1978-ci ildə Qusarın Hil kən­dində bu günə kimi fəaliyyət göstərən ləzgi xalq mahnı və rəqslərini ifa edən “Mel” folklor ansamblı yaradılmışdır. Ansambl bir neçə dəfə respublika və Ümumittifaq festivallarının iştirakçısı olmuşdur. “Mel” ansamblı 1948-ci ildə Ümumittifaq İncəsənət festivalının laureatı,1967-ci ildə isə Azərbaycan SSR-də I Respublika festivalının qalibi olmuşdur.

İlyasov 1965-1970-ci illərdə Ləzgi Xalq Teatrına (indiki Ləzgi Dövlət Dram Teatrı) cəlb olunub.

Onun 1997-ci ildə 70 illik yubileyi qeyd olunmuşdur.

İmaməli İlyasov 2017-ci ildə 90 yaşında vəfat edib. O, ömrünün 60 ilini səhnəyə həsr edib.

İstinad edilən mənbələr: