Xudatda Vətən müharibəsi şəhidlərinin ailəsi ziyarət olunub. Bu barədə ShimalNews 23 fevral tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

İdarənin rəisi Vüsal Hüseynov Hüseynli İlqar və Məlikməmmədov Elvinin ailələri ilə görüş keçirib. Görüş zamanı şəhidlərimizin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, Vətən müharibəsində ölkəmizin əldə etdiyi böyük zəfərdən danışılıb.