Şimal bölgəsində “İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili” adlı layihənin icrasına başlanılıb. Bu barədə ShimalNews 22 fevral tarixində tehsil.biz-ə istinadən məlumat verir.

“Şahdağ Xeyriyyə” İB tərəfindən təşkil olunan layihə 3 ay müddətində icra olunacaq. Onun əsas ideyası aztəminatlı ailələrdən olan şagirdləri ölkəmizdəki peşə təhsili sistemi ilə tanış etməkdir. Həmçinin əmək bazarında olan aktual peşələr barədə onları maarifləndirməkdir.

Bu layihə 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.