Qusarda peşə hazırlığı kursu keçiriləcək. Bu barədə ShimalNews 22 fevral tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səhifəsinə istinadən məlumat verir.

Kurs traktorçu və budama mütəxəssisi peşələrini əhatə edir. Seçim zamanı Balaqusar, Düztahir, Gican, Qullar, Maqsudkənd, Minəxur, Moruq, Mucuq və Üzdənoba kəndlərindəki sahələrə yaxın yaşayan vətəndaşların işə qəbuluna üstünlük veriləcək.

Təlim müddətində minimum əməkhaqqı məbləğində təqaüd ödəniləcək. Uğurla bitirən 40 nəfər iştirakçının işlə təmin edilməsi nəzərdə tutulub.

Müraciət etmək üçün 9 saylı Ərazi Məşğulluq filialının Quba, Qusar və Xaçmaz rayonları üzrə xidmət şöbələrinə yaxınlaşa və ya aşağıdakı nömrələri:

  • 023 335-31-33
  • 055 900-18-09
  • 023 325-34-11 ilə əlaqə saxlaya bilərsiniz.

“Peşə öyrən, işsiz qalma” devizi ilə keçiriləcək kurs Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunub.