Qusarda məktəblilər badminton idman növü üzrə “Shuttle Time” proqramına qatılıblar. Bu barədə ShimalNews 21 fevral tarixində Azərtac-a istinadən məlumat verir.

Qusar Olimpiya Kompleksində badminton üzrə təlimlər keçirilib. Milli komandanın baş məşqçisi Morteza Validarvi, məşqçilər Vahid Quliyev və Ürfan Rzabəyli 80 məktəbliyə badmintonun nəzəri və praktik biliklərini aşlayıblar.

Bu proqram “BWF Membership Grants” layihəsi çərçivəsində Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçilərini hazırlamaqdır.

Foto Azərtac
Foto Azərtac
Foto Azərtac
Foto Azərtac