Qubada 26 fevral Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş cüdo idman növü üzrə turnir keçirilib. Bu barədə ShimalNews-a 21 fevral tarixində Quba Gənclər İdman İdarəsinə istinadən məlumat daxil olub.
Turnirin açılışında soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra faciənin tarixi haqqında məlumat verilib və yarış baş tutub.
Birincilikdə 21-66 kq çəki dərəcəsində 100-ə yaxın idmançı iştirak edib. Sonda qaliblər Quba rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Daha öncə, Qubada yeniyetmə və gənclər arasında açıq rayon birinciliyinin keçiriləcəyi haqqında məlumat vermişdik.
