“Yüksəliş” müsabiqəsinin səyyar briqadası Xaçmaza səfər edəcək. Bu barədə ShimalNews 19 fevral tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Burada istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqə keçirəcək. Bununla ölkənin gələcəyini quracaq şəxslərdən biri olmaq imkanı yaradılacaq.

Qeydiyyat Heydər Əliyev Mərkəzində baş tutacaq. Tədbir fevralın 21-i, saat 15:00-dan 17:00-dək baş tutacaq.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı meyarlara uyğun olmalıdırlar:

  • Yaş: 21-51 arası
  • Təhsil: ali
  • Vətəndaşlıq: Azərbaycan Respublikası
  • Təcrübə: mülkiyyət formasından asılı olmayaraq ən azı 2 il idarəçilik təcrübəsi