Qubada 26 Fevral Xocalı faciəsinə həsr olunmuş cüdo üzrə açıq rayon birinciliyi keçiriləcək. Bu barədə ShimalNews-a 19 fevral tarixində məlumat daxil olub.

Turnir fevralın 20-si Şahdağ idman klubunda baş tutacaq. Yarışda Bakı və Sumqayıt komandaları da iştirak edəcək. İdmançılar 10-12 və 14-15 yaş kateqoriyalarında mübarizə aparacaqlar. Qaliblər medal və diplom ilə təltif olunacaqlar.

Çempionat rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.