Qubada beynəlxalq riyaziyyat olimpiadası keçiriləcək. Bu barədə ShimalNews 18 fevral tarixində məlumat verir.
Quba FRİTL-da (Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi) məktəblilər arasında olimpiada keçiriləcək.
90 dəqiqə ərzində 25 suala cavab vermək lazımdır. Qaliblərə qızıl, gümüş və bürünc medallar təqdim olunacaq. Onlar Sinqapurda keçiriləcək (SİMOC) növbəti olimpiadaya vəsiqə qazanacaqlar.
Tədbirin mart ayının sonu və ya aprelin əvvəli keçirilməsi planlaşdırılır. İmtahana buraxılış biletinin qiyməti 40 manatdır.
Daha ətraflı məlumat və əlaqə üçün nömrə: +994 55 809 44 34