Qusar Dövlət Ləzgi Dram Teatrı Azərbaycan Milli Teatrının yaranmasının 149 illiyinə hazırlaşır. Bu barədə ShimalNews 16 fevral tarixində Azərtac-a istinadən məlumat verir.
Milli Teatr Günü münsaibətilə tamaşaçılara azərbaycan və ləzgi dillərində xüsusi kompozisiya təqdim ediləcək. Həmçinin, milli rəqslər, folklor nümunələri, mahnı və şeirlər səhnələşdiriləcək. Hazırda məşqlər davam edir, dekorasiyalar qurulur.
