Qubada qədim adət-ənənəyə uyğun olaraq fevral ayında “səməni” adlı team hazırlanır. Bu barədə Qəçrəşdən olan izləyicimiz 16 fevral tarixində ShimalNews-la bölüşüb.

“Səməni”nin hazırlanma prosesi uzun və maraqlı keçir. Tək insan üçün mümkün olmayan işin, qohum və qonşular bir araya toplanaraq öhtəsindən gəlirlər.

Tələbatımıza uyğun gədərdə buğda götürürük. Onun üzərinə bir gədər də əlavə edirik. Çünki, qonaq gələ bilər, kiminsə meyili çəkər, onların payı həmişə var.

Buğda təmizlənir, dərin qaba tökülür və üzərinə su əlavə olunur. 3 gündən sonra o şişir, bundan sonra tənzif arasına yığılır və səhər-axşam sulanaraq qaranlıq yerdə saxlanılır. Cücərmiş buğda 3-4 sm çatdıqda o, ətçəkən maşınla üyüdülür. Burada məqsəd bitkinin suyunu əldə etməkdir.

Sonra onu süzgəclərdən keçirirlər.

Böyük qazanda buğda suyu və biraz un əlavə olunaraq ocağda 12-15 saat bişirirlər. Bu vaxt su qaynayır və onu durmadan qarışdırmaq lazımdır. Sonda qatılaşmış məhsul əldə edilir və bu təam atrıq hazır olur.

Deyilənə görə, bu teamın qışdan yaza çıxan insanların immunitetinin güclənməsi üçün faydası böyükdür.

Bütün bu proses çətin olduğuna görə çox insan “səməni” hazırlamır. Beləliklə ənənə yaddan çıxır. Lakin Qubanın kəndlərində bu adət hələdə nəsildən nəsilə ötürülür.

Photo Shimal.News
Photo Shimal.News