Qubalı idmançılar stolüstü tennis üzrə ölkə çempionatında iştirak edəcəklər. Bu barədə ShimalNews 15 fevral tarixində Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən məlumat verir.

Çempionat fevralın 16-dan 19-dək “Şüa” İdman-Sağlamlıq Kompleksində keçiriləcək. Böyüklər arasında baş tutacaq yarışda stolüstü tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayacaqlar.

Turnir Gənclər və İdman Nazirliyi və Federasiyanın təşkilatçılığı ilə həyata keçiriləcək.