Bu gün Ləcət dəmiryol stansiyasından Rusiyaya ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub. Bu barədə ShimalNews 12 fevral tarixində Report-a istinadən məlumat verir.
Azərbaycanın meyvə-tərəvəz məhsulları, xüsusilə xurma “Aqroekspress” layihəsi sayəsində Rusiya bazarına yola düşüb.
“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika xidmətidir. O, çatdırılma müddətini və daşınma xərclərini azaltmaqda kömək edəcək. Çatdırılma üçün sürət qatarlarından istifadə olunur.