Xaçmazlı şagirdlər Respublika Fənn Olimpiadalarında ön sıralardadırlar. Bu barədə ShimalNews 8 fevral tarixində Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyinin Facebook səhifəsinə istinadən məlumat verir.
Belə ki, məktəb-liseyinin 11C sinif şagirdləri Nəriman İsrafilov 91 bal, Fərhad Bəkirov isə 87 bal toplayıblar. Məktəb onlara növbəti turlarda uğurlar arzu edir.