Xaçmazda millət vəkili şəhid ailələrini ziyarət edib. Bu barədə ShimalNews 8 fevral tarixində trend.az-a istinadən məlumat verir.

Milli Məclisin deputatı Sevil Mikayılova təmsil etdiyi Xaçmaz rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onların övladları ilə görüşüb. Deputat bütün Azərbaycana əmanət olan şəhid övladlarının daim dövlət tərəfindən qayğı ilə əhatə olunduqlarını vurğulayıb.

Görüşlər zamanı şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Foto trend.az
Foto trend.az