Əfsanəyə görə, “Kətiş” adı “Qiblə dağına tuş gələn yer” mənasını verir
Qədimdən indiyə qədər Xınalıqlılar öz kəndlərini “Kətiş”, özlərini isə “kətdid” xalq (cəm halda “ketş”) və ya “Kəttidur” (“kətid”lərin yaşadığı yer) adlandırırlar. Bu adları xınalıqlılar ancaq öz aralarında ünsiyyət zamanı işlədirlər. Xınalıq dilindən bu sözlərin mənası “müqəddəs” deməkdir.
Bununla bağlı belə bir əfsanə də mövcuddur. Xınalıq qədim vaxtlardan Qiblə dağının (Qiblədağ) arxasında yerləşib və bir neçə yüz illər orada olub. Daha neçə yüz il keçəndən sonra, güclü zəlzələ baş vermişdir. Xınalıq kəndi tam dağılmışdır. Çox adam həlak olur, lakin salamat qalanlar Qudyal çayının sahilinə keçib bir təpənin üstündə özlərinə kənd salırlar. Beləliklə “Kətiş” adı “Qiblə dağına tuş gələn yer” mənasını verirdi. Buna görə xınalıqlılar öz kəndinə “Kətiş” adını veriblər.
İstinad edilən mənbələr:
- İdris Əliyev. Həsən Ağayev. Xınalıq. Bakı-2018.
- Rəhim Alxas. Xınalıq və xınalıqlılar. Bakı-2003.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007.
- https://azerbaycanli.org/page/162/news/885
- http://www.anl.az/down/meqale/525/2013/iyul/318787.htm