“Tarix klubu”nun üzvləri Lütfi Zadənin doğum günü ilə bağlı görüş keçiriblər. Bu barədə ShimalNews 5 fevral tarixində “xachmaz.gencleri” rəsmi Instagram səhifəsinə istinadən məlumat verir.

Görüş Heydər Əliyev Mərkəzində baş tutub. İlk öncə dünya şöhrətli alimin həyat və yaradıcılığı haqqında məlumat verilib və sənədli film izlənilib. Daha sonra iştirakçılar arasında müzakirələr aparılıb. Sonda klub üzvlərinə məntiqi suallar verilib. Suallara ən çox doğru cavab verən gənc kitabla mükafatlandırılıb.

Elm xadimi Lütfi Zadə bir çox xarici akademiyaların üzvü olub. O, süni intellekt sahəsində müəssisəsinin ömürlük professoru seçilmiş yeganə şəxsdir.