Xaçmazda koronavirusa qarşı növbəti dezinfeksiya işləri aparılıb. Bu barədə ShimalNews 4 fevral tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.
Tarix Diyarşünaslıq muzeyində COVİD-19 virusuna yoluxmanın qarşısını almaq məqsədi ilə dezinfeksiya işləri həyata keçirilib. Binanın bütün otaqları, dəhlizlər, sanitar qovşaqlar koronavirus əleyhinə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.
Daha öncə, Qubada keçirilən dezinfeksiya işləri haqda məlumat vermişdik.