Qusarda “Gələcək Gənclərindir” devizi altında rayonda yerləşən hərbi hissənin əsgərlərinin, qazilərin, könüllülərin və ictimai fəal gənclərin iştirakı ilə görüş keçirilib. Bu barədə  ShimalNews 4 fevral tarixində “qusar.gencleri” Instagram səhifəsinə istinadən məlumat verir.

“Gənclər Həftəsi” çərçivəsində keçirilən görüş Olimpiya İdman Kompleksində baş tutub. İlk öncə iştirakçılar Şəhidlər Xiyabanına gedərək şəhidlərin məzarlarını, sonra isə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, görüş Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə həyata keçirilib.