Qubanın 20 yanvar küçəsində işıq dirəklərinin elektrik naqilləri açıq vəziyyətdədir. Bu barədə ShimalNews-a 4 fevral tarixində məlumat daxil olub.

Sözügüdən küçədə Quba şəhər 1 saylı körpələr evi-uşaq bağçası yerləşir. Naqillərin üzərinin açıq qalması xüsusən də yağışlı havada təhlükəni daha da artırır.

“Uşaqlar oynayan zaman bilmədən elektrik naqillərinə toxuna bilər. Tədbir görsələr yaxşı olar.”- deyə valideyinlərdən biri söyləyib.

Photo Shimal.News
Photo Shimal.News