Xaçmazda “Gənclik yeni zəfərlərə doğru” adlı tədbir həyata keçirilib. Bu barədə ShimalNews 3 fevral tarixində Xaçmaz Gənclər Klubunun Facebook səhifəsinə istinadən məlumat verir.
2 fevral – Gənclər gününün təsis edilməsinin 25 illiyi münasibətilə keçirilən tədbirdə bir çox Xaçmazlı gənclərə fəxri fərmanlar təqdim olunub və hədiyyələr verilib. İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gənclərə mükafatlarını təqdim edib. Təltif edilənlər siyahısında Gənclər Klubunun İdarəetmə Heyətinin üzvləri də var.