Qusar Peşə Liseyində müəllim və tələbənin təltif edilməsi keçirilib. Bu barədə ShimalNews 3 fevral tarixində adıçəkilən təhsil müəssisəsinin Facebook səhifəsinə istinadən xəbər verir.
Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər Günü”nə həsr olunan tədbirdə ictimai fəalların əməyi dəyərləndirilib.
Perspektivli müəllim Stella Şixəliyeva və “Aşpaz” ixtisası üzrə 3-cü kurs tələbəsi Elena Xəlilova rayonda Dövlət Gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə fəxri fərman və hədiyyələrlə təltif olunublar.