E.Bayramov adına Alpan kənd tam orta məktəbinin şagirdləri kikboksinq yarışında qalib olublar. Bu barədə ShimalNews 3 fevral tarixində məktəbin Facebook səhifəsinə istinadən məlumat verir.

5-ci sinif şagirdləri Ayaz Cəfərov, Fərman Cəfərov və Kənan Qubatov Xaçmazda keçirilən kikboksinq üzrə açıq rayon birinciliyində qaliblər kürsüsünə yüksəliblər. Onlar medal və diplomlarla mükafatlandırılıblar.

Daha öncə, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan bu yarış haqqında məlumat vermişdik.