Xaçmazda “Gənclər Həftəsi” çərçivəsində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Bu barədə ShimalNews 2 fevral tarixində Xaçmaz Gəncləri Facebook səhifəsinə istinadən məlumat verir.
Heydər Əliyev Mərkəzində keçirilən “Gənclik – yeni zəfərlərə doğru” adlı tədbirdə gənclərin əl işləri sərgilənib. Həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzi könüllülərinin də əsərləri nümayiş olunmuşdur.
Daha öncə, Uşaq İncəsənət məktəbinin şagirdlərinin və rayonun gənc rəssamlarının əl işləri sərgiləndiyi haqqında məlumat vermişdik.
