Qusarda 2 fevral Gənclər gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Bu barədə ShimalNews 1 fevral tarixində Xaçmaz Regional mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Mədəniyyət Mərkəzində baş tutan tədbirdə mərkəzin mədəni təşkilatçısı Feyruz Qaytmazov Gənclər günü ilə bağlı məruzə ilə çıxış edib.

Tədbirin bədii hissəsində gənc və istedadlı müğənnilər Hörmət İsrafilov, Oktay Qacabəyov, Elvin Məhəmmədhüseynov, Sultan Sultanov, saz ifaçısı Ruslan Almasov, Köhnə Xudat qazmalar kənd sənətkarlıq evinin özfəaliyyət dərnəyinin üzvü, gənc rəqqasə Əlimova Nərmənə konsert proqramı ilə çıxış ediblər.

Həmçinin tədbirdə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Elnur Eldarov, mərkəzin direktoru Reyhan Həsənova və filialların rəhbərləri də iştirak ediblər.