Quba rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – gənclər günü”nə həsr olunmuş cüdo üzrə turnir keçirilib. Bu barədə ShimalNews 1 fevral tarixində idarənin rəsmi Instagram səhifəsinə istinadən məlumat verir.

“Gənclik yeni zəfərlərə doğru” devizi altında keçirilən turnirdə 21-66 kq çəki dərəcəsində 50 idmançı iştirak edib. Açılışda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən idarənin rəisi Mustafa Nohbalayev iştirakçıları gənclər günü münasibətilə təbrik edərək idmançılara uğurlar arzulayıb.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.