Qubada Vətən Müharibəsi şəhidinin doğum günü anılıb. Bu barədə ShimalNews 31 yanvar tarixində Xaçmaz Regional mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Zərdabi qəsəbə və Zizik kənd kitabxana filiallarının əməkdaşları və oxucuları şəhid Şahin Allahyarovun məzarını ziyarət ediblər. Onlan məzarın önünə dül dəstələri qoyublar və xatirəsini ehtiramla yad ediblər.

Baş gizir Allahyarov 29 yanvar 1993-cü ildə anadan olub. Şahin cəbhənin Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib, Hadrut qəsəbəsinin azad olunmasında fərqlənib. Son döyüşü Şuşa şəhəri uğrunda olub. Ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, eləcə də “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 3 noyabr 2020-ci ildə Quba rayonunun Zizik kəndində dəfn edilib.