“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində yaradılan xidmətin fəaliyyəti davam etdirilir. Bu barədə ShimalNews 27 yanvar tarixində Elektron Hökumət Portalına istinadən məlumat verir.

İlkin mərhələdə portal (https://rih.gov.az/) Qubada tətbiq olunur. Onun əsas üstünlüklərindən biri isə budur ki, portal vasitəsilə vətəndaş iştirakçılığı təmin olunur.

Vətəndaş iştirakçılığı” o deməkdir ki, vətəndaşlar portal üzərindən müxtəlif məsələlərə dair öz təklif və ərizələrini qeyd edirlər. Digər vətəndaşlar isə həmin təkliflərlə tanış olaraq onların leyhinə və əleyhinə səs verirlər. Bununla icra hakimiyyəti orqanları tərəfindən görülən işlərdə vətəndaş mövqeyinin öyrənilməsinə və nəzərə alınmasına şərait yaranır.