Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Quba Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 27 yanvar tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.
İştirakçılara Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Könüllülər ekspozisiya bölmələri ilə tanış olublar.
Sonda gənclər Mərkəzin kitabxanasına və sərgi otağına baxış keçiriblər.