Qusarlı şagird karate üzrə beynəlxalq turnirin 2-cisi olub. Bu barədə ShimalNews 25 yanvar tarixində Qusar şəhər 3 saylı tam orta məktəbin Facebook səhifəsinə istinadən məlumat verir.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə beynəlxalq turnirdə sözügedən məktəbin 10-cu sinif şagirdi Nadir Məmmədbəyov 2-ci yeri qazanaraq, gümüş medal və diploma layiq görülüb.

Qeyd edək ki, çempionat Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilib.