Qusarda yerləşən “Şahdağ Turizm Mərkəzi” QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası ilə bağlı elan etdiyi açıq tender yekunlaşıb. Bu barədə ShimalNews 26 yanvar tarixində Report-a istinadən məlumat verir.

Tenderin qalibi Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”). Qalib şirkətə 22 410 manat ödəniləcək.

Qeyd edək ki, mərkəz Dövlət Turizm Agentliyinə məxsusdur.