Qusar üzrə keçirilən tenderlərin məbləğləri açıqlanıb. Bu barədə ShimalNews 25 yanvar tarixində Fed.az-a istinadən məlumat verir.
2021-ci ildə Qusar rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 14.919.605 manat olan 15 tender keçirilib. Rayon İcra Hakimiyyəti iddiaçıların qiymət təkliflərini müqayisə edib. Nəticədə 10 tenderdə 14.855.523 manat xərclənib.
Ən böyük məbləğ 2 lotun qalibi “ŞABRAN-D” MMC-nin payına düşüb. Şirkət 7.617.707 manatlıq müqavilə imzalayıb. Fiziki şəxs Mahmudov Emil isə 23.387 manat udub.
Qusar Kommunal Müəssisələri ombinatı 3 tender üçün 37.333 manat xərcləyib.