Qubada gənclər Heydər Əliyev Mərkəzində ekskursiyada olublar. Bu barədə ShimalNews 25 yanvar tarixində mərkəzin Facebook səhifəsinə istinadən məlumat verir.

Qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Mərkəzdə gənclərə Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti, zəngin siyasi irsi haqqında ətraflı məlumat verilib. Ekskursiyaçılar gəncləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun şəkildə qəbul ediblər.

Sonda iştirakçılar “Heydər Əliyev Xatirələrdə” adlı sənədli filmi izləyiblər.