Qanunsuz ov edən 5 nəfər Qusar sakini saxlanılıb. Bu haqda ShimalNews 25 yanvar tarixində Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə istinadən məlumat verir.
Rayon Polis Şöbəsinin əməkdaşları Həzrə kəndi ərazisində nəzarət tədbirləri keçiriblər. Nəticədə qanunsuz ov edən 5 nəfər şəxs saxlanılıb və onların hər birindən ov tüfəngi müsadirə olunub.