Alma ilə yanaşı Qubanın rəmzi olan paxlavanı bura təşrif buyuran hər kəs dadmaq istəyir. Bu haqda ShimalNews 24 yanvar tarixində məlumat verir.

Milli mətbəximizdə ləziz təamların arasında Quba paxlavası xüsusi yer tutur. Maraqlısı odur ki, onu kişilər 4 saat ərzində bişirir. Çünki bu ləziz təamı hazırlamaq prosesi fiziki güc və dözümlülük tələb edir. Çox vaxt paxlavaçılıq sənəti atadan oğula keçir.

Satışda bu şirniyyat qozla və qozsuz olur. Tərkibindən asılı olaraq qiyməti əsasən 30-60 qəpik təşkil edir. Paxlavaçılar bu məhsula tələbatın yüksək olduğunu, qonaqların və xaricdən gələnlərin onu dadmaq istədiyini bildiriblər. Onlar paxlavanın hətta paytaxta sifarişlə tez-tez göndərildiyini vurğulayıblar.