Quba üzrə fənn olimpiadalarının birinci mərhələsində iştirakçıların sayı məlum olub. Bu haqda ShimalNews 22 yanvar tarixində məlumat verir.

Bu gün 2021-2022-ci tədris ili üzrə Respublika fənn olimpiadalarına start verilib. 9-11-ci sinif şagirdləri 8 fənn üzrə elm yarışının ilk mərhələsinə qatılıblar. Məlum olub ki, Quba üzrə 842 şagird biliklərini sınayıblar.

Növbəti 2 mərhələyə keçərək, olimpiada üzrə qalib olan şagirdlər ali təhsil müəssisələrinə uyğun ixtisaslar üzrə müsabiqədənkənar qəbul olunacaqlar.

Daha öncə, Şimal bölgəsində Respublika fənn olimpiadalarına start verilməsi barədə məlumat vermişdik.