Xaçmazda su hövzələri donub. Bu haqda ShimalNews-a 21 yanvar tarixində məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, belə şaxta Xaçmazda çoxdan olmayıb. Hətta fəvvarənin donması maraqlı görsənir.
Hidrometeorologiya Xidmətinin məlumatına görə, axşam temperatur -3 dərəcə olacaq. Sabahdan başlayaraq hava +8 dərəcəyə kimi isinəcək və yaxın 4 gün ərzində yağıntısız keçəcək.