Qubanın bir sıra küçələrində rabitə xətləri yenilənir. Bu haqda ShimalNews-a 21 yanvar tarixində məlumat daxil olub.

İşlər şəhərin Ziya Bünyadov, Şıxseyid Kərimov, Mübariz Qaraxanov, Səməd bəy Mehmandarov, H. Z.Tağıyev, Polad Həşimov, Rəvan Əliyev, İsmət Hacıyev, H.Abdulrəhmanov, Samir Süleymanov və Murad Həbibov küçələrində görülür. Təmir işləri “Aztelekom” MMC tərəfindən aparılıb. Bəzi küçələrə artıq yeni dirəklər basdırılıb. Digər küçələrdə isə naqillər çəkilir. Aldığımız məlumata görə, işlərin qısa zaman ərzində yekunlaşması gözlənilir.

Daha öncə, Qubanın Vəlvələ kəndində rabitə xətlərinin yararsız vəziyyətdə olmağı haqda məlumat vermişdik.

Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News
Photo Shimal.News