Xaçmazda şəhid övladları üçün ödənişsiz gitara dərsləri keçirilir. Bu haqda ShimalNews-a 20 yanvar tarixində məlumat daxil olub.

Qrup şəklində keçirilən dərslər hər həftənin 2-ci və 5-ci günləri 1 saat müddətində davam edəcək. 9 aylıq kurs təcrübəli müəllim Ağa İsmayilov tərəfindən keçiriləcək. Kursu bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Gitara dərsləri Heydər Əliyev adına Xaçmaz Rayon Mədəniyyət Mərkəzində baş tutacaq.