Qusarda 20 Yanvar faciəsi ilə əlaqədar səhnələşdirilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub. Bu haqda ShimalNews 20 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsinə istinadən məlumat verir.

Mədəniyyət Mərkəzində keçirilən tamaşada 32 il öncə xalqımızın yaşadığı böyük faciə nümayiş olunub. Bədii kompozisiya “Unudulmaz qan yaddaşımız – 20 Yanvar faciəsi” mövzusuna həsr olunub.

Qeyd edək ki, kompozisiya Qusar Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilib.

Daha öncə, Qusar Mədəniyyət Sarayında baş tutan “Şəhidlər” tamaşası haqda məlumat vermişdik.