Xaçmazda elektrik xətti yaşayış binasının həyətinə düşüb. Bu haqda ShimalNews-a 19 yanvar tarixində məlumat daxil olub.
Nəriman Nərimanov küçəsində elektrik transformatordan yüksək mərtəbəli yaşayış binasına gedən xətt yerə düşüb.
Sakinlər bildiriblər ki, burada uşaqlar oynadığı ərazidir. Yaxınlıqdakı gölməçə təhlükəni daha çox artırır. Kabel isə ayaq altında qalıb. Həmçinin avtomobillər mütləq onun üstündən keçməlidir.