Xaçmazlı gənc cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibi olub. Bu barədə ShimalNews 17 yanvar tarixində Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəsmi Facebook səhifəsinə istinadən məlumat verir.

Çempionat 14-16 yanvar tarixlərində FHN-nin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçirilib. Burada iştirak edən Xaçmaz rayon komandasının üzvü Famil Əzizov birinciliyi qazanaraq qızıl medal və diplomla təltif olunub.